Dünya nəhəngindən Rusiyaya zərbə

2 Sentyabr 2014 18:34 (UTC+04:00)

Cənubi Koreyanın "Samsunq" şirkəti Rusiyadakı mağazalarının 20 faizinin fəaliyyətini dayandırıb.

Movqe.az xəbər verir ki, şirkətin Rusiya təmsilçisi Yana Rojkovanın verdiyi məlumata görə, "Samsunq"un pərakəndə satış mərkəzlərinin sayı 265-dən 230-a enib. Rojkova qeyd edib ki, 35 mağaza "Belıy veter" satış mərkəzi tərəfindən idarə olunurdu və satışları həyata keçirə bilmədiyi üçün "Samsunq" həmin mağazaların işini dayandırıb.