WhatsApp-da möhtəşəm yenilik

2 Sentyabr 2014 18:39 (UTC+04:00)

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp istifadəçiləri üçün yenilik hazırlayır. Movqe.az-ın məlumatına görə, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını bildirmişdi.FirstPost bildirir ki, yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da "Hang up", "Incoming call" və "Outgoing call" funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.