364 qadın ailədaxili zorakılığın qurbanı olub

3 Sentyabr 2014 13:18 (UTC+04:00)
Ötən il 364 qadın ailədaxili zorakılığın qurbanı olub. 39 nəfər isə insan alveri ilə bağlı müraciət edib.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu barədə Movqe.az-a məlumat verib. Birlik sədri bildirib ki, fiziki zorakılıqla bağlı 386 zəng gəlib.  M. Zeynalova insan alveri qurbanlarına psixi, tibbi yardım göstərldiyini söyləyib.