"Əlində telefon, ağzında saqqız olan qızları başa düşə bilmirəm"

3 Sentyabr 2014 14:11 (UTC+04:00)
Verilişdə qonaq olan müğənni son günlər şəhərdə baş verən avtoqəzalardan danışıb.

"Çox şükür, nə ailəmdə, nə də qohumlarımda avtoqəza nəticəsində dünyasını dəyişən olmayıb. Amma bu yaxınlarda yaxın rəfiqəmin 22 yaşlı oğlu Buzovna dairəsində qəza nəticəsində rəhmətə getdi. Cavan oğlan idi. Allah rəhmət eləsin. Maşın sürəndə əlində telefon, ağzında saqqız olan qızları başa düşə bilmirəm. Nə sağına, nə soluna fikir vermirlər. Belələri ən bahalı maşın sürənlərdir.

Heç olmasa özlərinə yox, maşınlarına heyfləri gəlsin. Elə bil dünya bunlarındır, onlar yaradıblar. Mənim bir xahişim var, cərimələri avropa ölkələri kimi qaldırıb, 3000-5000 manat eləsək, yaxşı olar. Sürücülər istəyirlər, məndən incisinlər, istəyirlər, inciməsinlər. Belə olsa, inanıram, hər şey düzələr". gecce.az