"Forbes" jurnalı sosial şəbəkələrdə daha çox vaxt keçirən qadınlara xəbərdarlıq edir

13 İyul 2012 13:31 (UTC+04:00)


Movqe.Az bildirir ki, Forbes jurnalı sosial şəbəkələrdə daha çox vaxt keçirənlərə xəbərdarlıq edir. Forbes jurnalının açıqlamasına görə, sosial şəbəkələr qadınların psixoloji sağlamlığına və əxlaqına mənfi təsir göstərir. Sosial şəbəkələr kişilərdən daha çox qadınlara təsir edir. Bu bəlkə də 82 % saytların qadınlar tərəfindən yaradılması və qadınların cəmiyyətə olan marağının çoxluğundan olur. Sosial şəbəkələrin qadınlara mənfi təsiri odur ki, əvvəllər qadınlar yalnız məşhur modellərə baxıb onlara oxşamaq istəyirdilər, lakin indi sosial şəbəkələrdə cavan və gözəl qızların şəkilləri daha  çoxdu. Bu şəkillər sayəsində qadınların özlərini həmin şəkildəki ideal qızlarla müqayisə etməyə başlayır. Məsələn: " O qızın beli necə də incədi  " , "O qızın necə də gözəl gözləri var" , " Kaş mənim də bədən quruluşum belə olardı" və s. Bütün bu məqamlar onların onların psixologiyasına pis təsir  göstərir. Bunlar qadınlarda depressiyaya, maddələr mübadiləsinin pozulmasına və hətta ən ağır psixoloji xəstəliklərə gətirib çıxara bilər.