MTRŞ telekanallarda monitorinqə başladı

3 Sentyabr 2014 14:30 (UTC+04:00)

"Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda radiolarda ədəbi dil normaları ilə bağlı Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ilə birgə monitorinqlərə başlayıb". 

Bu məlumatı Movqe.az-a açıqlamasında Milli Tеlеviziyа və Rаdiо Şurаsı aparatının rəhbəri Toğrul Məmmədov verib. Toğrul Məmmədov bildirib ki, monitorinqin nəticələri oktyabr ayının sonuna qədər açıqlanacaq:

"Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların müəyyənləşdirilməsinə gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək. Nəticələrlə bağlı tövsiyələrimizi hazırlayıb, telekanal rəhbərlərinə məlumat verəcəyik. Əlbəttə ki, hər hansı bir çatışmazlıq olarsa, növbəti lisenziya vaxtı bu qüsurlar nəzərə alınacaq".

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir. Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər" və "Space" kanallarını əhatə edəcək.