Tanınmış meyxanaçı toy xəbərini yenə inkar edir

3 Sentyabr 2014 16:42 (UTC+04:00)
Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toy xəbərinin olması ilə bağlı xəbər yayılıb. Mövqe.az xəbər verir ki, meyxanaçı bu xəbəri inkar edib. Xəbərin yalan olduğunu deyən Namiq Qaraçuxurlu soyuqladığını, məhz bu səbəbə görə ortalıqda olmadığını açıqlayıb: 


"Bilirəm toy xəbərimin təxirə salınması ilə bağlı xəbər yayılandan sonra digər jurnalistlər də bunu aydınlaşdırmaq üçün məni axtaracaqlar. Havaların dəyişməsiylə əlaqədar bir neçə gündü soyuqlamışam. Sadəcə soyuqdəymədir. Toyum təxirə filan düşməyib. Belə bir şey baş verməyib, sizə yalnış məlumat vermişlər".