Mütəxəssislər xəbərdarlıq edir: "Ət və süd istehlakını azaltmaq lazımdır"

3 Sentyabr 2014 17:23 (UTC+04:00)

Kembric və Aberdin universitetinin araşdırmalarına görə gələcəkdə qida tələbinin ödənilməsi və ətraf mühitin qorunması üçün ət istehlakının azalması lazımdır. Movqe.az xəbər verir ki, araşdırmaya əsasən, ət və süd məhsullarının istehlakı bugünkü sürətlə artarsa qida sektorunun istehsal etdiyi və qlobal istiləşməyə yol açan istixana qazlarının miqdarı da 80% artacaq.

Mütəxəssislər insanları həftədə iki pors qırmızı ət, yeddi pors da ağ ət yeməyə çağırır. Onların fikrincə, insanlar Amerikan tərzi qidalanma vərdişləri əldə etdikcə ət və süd istehlakında ciddi artım müşahidə olunur. Bu vəziyyət davam etsə tələbatı qarşılamaq üçün fermerlərin meşələri və təsərrüfat ərazilərini dəyişdirərək heyvandarlıq üçün istifadə edəcəklər. Bu da öz növbəsində karbon qazının və metan qazının səviyyəsinin artmasına səbəb olacaq. Bununla yanaşı, daha çox gübrədən istifadə olunması qlobal istiləşməni sürətləndirəcək.

Qeyd edək ki, ət və süd istehlakının planet üzərindəki mənfi təsiri daha əvvəl də bir neçə araşdırmada qeyd olunmuşdu. Elm insanları qlobal istiləşmədən narahat olduğu halda, səhiyyə mütəxəssisləri də piylənmənin artmasından narahatdırlar.