Bu da İŞİD-in qadın terrorçuları (VİDEO)

5 Sentyabr 2014 12:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, terror təşkilatının qadınlardan ibarət ordusu haqqında iddialar mətbuatda mütamadi öz əksini tapıb.

Tvitter sosial şəbəkəsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yeni bir video paylaşıb. Videoda günlərdir İŞİD-in qadın ordusu barəsində gəzən şayiələr təsdiqlənib. Belə ki, İŞİD-in qadınlardan ibarət qruplaşması Suriya ordusunu, Nusair qruplaşmasını və Rafidah qruplaşmasını təhdid edib.