Türkiyədə İŞİD-in 19 üzvü saxlanılıb
5 Sentyabr 2014 12:59 (UTC+04:00)
Türkiyə polisi Suriya ilə sərhəddə "İslam dövləti" (İŞİD) terror
qruplaşmasının üzvü təxmin edilən 19 nəfəri saxlayıb.
Movqe.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu
barədə Qaziəntəp vilayətinin valisi Erdal Ata bildirib.
Vali saxlanılan şəxslər barəsində araşdırmaların başlandığını
deyib. O, həmçinin vilayətdə İŞİD qruplaşmasının təhcizat bazasının
olması barədə səsləndirilən iddiları təkzib edib.