Bu açarla bütün kilidləri açmaq olur

5 Sentyabr 2014 14:00 (UTC+04:00)

Şərqi Avropada 1970-ci illərdə agentlərin qapı açmaq üçün istifadə etdiyi "Bolqar açarı" ucbatından İtaliyada xüsusilə yay evlərində oğurluq artıb. Movqe.Az xəbər verir ki, şərq ölkələrindəki oğru şəbəkələrinin qapıları açmaq üçün istifadə etdiyi "Bolqar açarı" olaraq adlandırılan alət, bütün kilidləri 30 saniyə kimi qısa bir müddətdə açmaq xüsusiyyətinə malikdir. İtaliyada oğrular, iki ildir ümumiyyətlə yay aylarında evlərə girmək üçün "Bolqar açarı" istifadə etməyə başlayıb. 


Xəbərə, Bolqar mətbuatı da geniş yer verib. Bu alətin şərqdəki oğruların bir nömrəli silahı olduğunu vurğulayan Bolqar mətbuatı, alətin 1970-ci illərdə soyuq müharibə vaxtlarında səfirlikləər və digər düşmən evlərinin qapılarını açmaq məqsədiylə hazırlandığını bildirib.  Avropada çox fərqli kilid sistemləri olmasına baxmayaraq, açar hər qapının kilidini aça bilir. Kilidin içərisinə salınan açar orijinal açarın kopiyalanmasını təmin edir. İtalyan bir açarçı isə bu üsula çarə olaraq, uzaqdan əmr ilə fəaliyyətə salınan ikinci əlavə kilid sistemi inkişaf etdirdi. Lakin bunun oğrulara nə qədər mane olacağı həllikə bilinmir.