9 yaşından varlanan uşaq

13 İyul 2012 17:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İngiltərənin Norfolk bölgəsində yaşayan 9 yaşlı Kieoron Üilliamson 2008-ci ildə rəsm dərsləri almağa başlayıb. İndi o, mənzərə şəkili çəkməklə 9 yaşından çoxlu pul qazanmağa nail olub. Kieoron 24 rəsm əsərini 15 dəqiqə ərzində 250 000 sterlinqə satıb. Özü ailəsi ilə birlikdə  İngiltərənin Norfolk bölgəsində yaşasada, rəsmlərinin satışını internet və mobil telefon ilə həyata keçirir.  2009-cu ildə 19 mənzərə rəsmini 14000 sterlinqə satmışdır.