Nazir vətəndaşların problemini internetdə həll etdi (FOTO)
5 Sentyabr 2014 17:30 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində
(RYTN) bölgələrdə əhali ilə keçirdiyi
görüşlərin nəticələri və icrası ilə bağlı videokonfrans keçirilib.
Movqe.az-ın məlumatına görə, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyində (RYTN) prezident İlham Əliyevin
tapşırığına əsasən respublikanın bölgələrində RYTN-in əhali ilə
keçirdiyi görüşlərin nəticələri və icrası ilə bağlı videokonfrans
keçirilib.Əhaliyə göstərilən
telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı
xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə
əhalini maraqlandıran məsələlərlə bağlı rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasovun vətəndaşlarla keçirdiyi açıq
görüşlərdə iştirak etmiş və 12 rayonu təmsil edən 20 vətəndaş
onlayn şəkildə nazir tərəfindən təkrar qəbul
olunublar.Videokonfransda qeyd olunub ki,
2014-cü il ərzində bölgələrdə nazir Əli Abbasovun qəbulunda olmuş
148 nəfər vətəndaşdan 142 nəfərin müraciəti müsbət həllini tapıb, 6
nəfərin etdiyi müraciətin icrası üçün isə qoyulan müddət hələ başa
çatmayıb və hazırda müraciətlərə nəzarət edilir.
Hacıqabul, Neftçala, Astara, Siyəzən, Lerik,
Şamaxı, Qax, Gəncə, Şabran və digər rayonlardan edilən təkrar
müraciətlər işlə təmin olunma, EATS-ın nömrə tutumunun artımı, ailə
vəziyyəti ilə əlaqədar iş yerinin dəyişdirilməsi, internetlə təmin
olunma, kəndin telefonlaşdırılması, rabitə sahəsində "Rabitə
ustası" fəxri adı ilə təltif edilmə, telefon nömrələrinin artması
və ya rabitə şöbəsinin yaradılması, rəqəmsal TV-dən istifadə
edilməsinə köməklik və s. məzmunda olub.
Sözügedən məsələlərlə bağlı nazirə edilən
müraciətlərin icrası həll edilib, həmçinin nazirin tapşırığına
əsasən, Qax şəhərində yerləşən 2 saylı liseyə 10 ədəd notebook
əvəzsiz olaraq verilib, uzun müddət rabitə sistemində işləyən
revmatizmdən əziyyət çəkən Neftçala rayon sakininin (Pakizə
Alxasova) Naftalan sanatoriyasına yollayış alınmasına köməklik
göstərilib, prosesin növbəti illərdə də davam etdirilməsi nəzərdə
tutulub.
Qəbulun sonunda nazir sahə üzrə yerli idarəedici
qurumlara vətəndaşların müraciətlərinin daim diqqətdə saxlanılması,
edilən hər bir müraciətə xüsusi qayğı və diqqətlə yanaşılması, eyni
zamanda icra müddəti tamamlamayan müraciətlərin qoyulan müddətdə
həlli ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, RYTN-in əhali ilə keçirdiyi
görüşlərin nəticələri və icrası ilə bağlı videokonfransların
təşkili artıq ənənə halını alacaq. Belə ki, bölgələrdə keçirilən
görüşlərdə nazirə edilmiş müraciətlərin icra vəziyyətinə daha dəqiq
nəzarət etmək üçün RYTN-də hər 6 aydan bir videokonfarns
keçiriləcək.