Samsung Galaxy Gear S-i tanıtdı

5 Sentyabr 2014 19:23 (UTC+04:00)

Telefondan müstəqil olaraq çalışan və qabiliyyətlərini nümayiş etdirmək üçün bir telefona ehtiyac duymayan Samsung-un tanıtdığı yeni ağıllı saatı Gear S, ağıllı saatlarda klaviatura dövrünü başlatmağa hazırlaşır. 


Movqe.Az xəbər verir ki, 

Androidin məşhur klaviatura alternativi Fleksy artıq, Gear S ağıllı saatlarda da olacaq. 


Kiçik bir ekranda, kiçik bir virtual klaviaturanın nə dərəcə rahat olacağını indidən anlamaq çətindir.


Lakin bu inkişaf ağıllı saatların telefonlardan müstəqil hala gəlmələri baxımından əhəmiyyətli addımdır.