NATO Kiyevə qoşun göndərir
5 Sentyabr 2014 19:24 (UTC+04:00)
Uelsdə keçirilən NATO sammitində Rusiyaya qarşı
təcili hərbi müdaxilə qüvvələri yaradılacaq.
ANS PRESS-in məlumtaına görə, bu barədə NATO baş
katibi Anders Foq Rasmussen açıqlama verib.
O, bildirib ki, NATO sammitində Ukrayna münaqişəsi
ilə əlaqədar bütün dövlətlərin liderləri ilə Rusiyaya təcili hərbi
müdaxilə edilməsi ilə bağlı razılıq əldə olunub.
Onun sözlərinə görə, bir neçə gün ərzində minlərlə
əsgər münaqişə bölgəsinə yerləşdiriləcək.