Müdir Mərkəz bankını soydu

6 Sentyabr 2014 11:05 (UTC+04:00)
Albaniya Mərkəzi bankının müdiri külli miqdarda pulun mənimsənilməsi ittihamı ilə həbs edilib.

Movqe.az ANS PRESS- istinadən xəbər verir ki , Ardian Fullani vəzifəsindən sui istifadə etmək maddəsi ilə ittiham olunur.

Hökümət bankın xəzinəsindən 6 milyon dollar pulun oğurlanması işini araşdırır. Fullani bu cinayət işi ilə əlaqədar həbs edilən 17-ci şübhəlidir.
İstintaqın bildirdiyinə görə oğurluq 4 il ərzində baş verib.

Fullani bütün ittihamları təkzib edir. Günahı isbat ediləcəyi təqdirdə onu 7 il həbs cəzası gözləyir.