Azərbaycan dəstəklənəcək

6 Sentyabr 2014 13:13 (UTC+04:00)
NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənəcəyi bildirilib.

Movqe.az AzərTac-a istinadən xəbər verir ki , bəyannamənin Azərbaycandan bəhs edilən 30-cu maddəsində deyilir ki, alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəkdir.