İranda 2 zəlzələ birdən

6 Sentyabr 2014 17:00 (UTC+04:00)
Bu gün saat 4:21 radələrində İranın Şiraz şəhərində Rixter cədvəli lə 4,3 bal gücündə zəlzələ baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Şirazdan 34 kilometr aralıda olub.

Bundan əlavə ölkədə Rixter cədvəli ilə 3 bal gücündə ikinci zəlzələ Fars əyalətinin Lar şəhərində baş verib. Hər iki şəhər üzrə ölən və yaralananlar barədə məlumat gəlməyib.