Millimiz ilk oyunda qələbə qazandı

6 Sentyabr 2014 20:00 (UTC+04:00)
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ötən gün ilk oyununu keçirib.

Movqe.az-ın AFFA-ya istinadən məlumatına görə, Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıblar.

Əli Hüseynovun dubl etdiyi oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqlənib.

Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına qarşı keçirəcək.