Davudoğlunun ilk səfəri qəza ilə başladı
7 Sentyabr 2014 11:04 (UTC+04:00)
Türkiyənin baş naziri Əhməd Davudoğluötən gün
bu vəzifədə Konyaya ilk səfərini reallaşdırıb.
Movqe.az milli.az-a istinadən xəbər verir ki , Türkiyənin
hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Konya
millət vəkili Əhməd Davudoğlunun rəhbərliyi ilə qurulan 62-ci
hökumətin Böyük Millət Məclisinin (TBMM) təsdiqlənməsindən sonra
baş nazir partiya mərkəzindəki proqramda iştirak edib və oradan da
təyyarə ilə doğulduğu Konyaya gedib.
Davudoğlunu baş nazir köməkçisiBülənt Arıncilə
keçmiş baş nazir köməkçisiBəşir Atalaymüşayiət
ediblər. Hava limanında partiya nümayəndələri tərəfindən qarşılanan
baş nazir həyat yoldaşı və heyəti ilə baş nazirliyin avtobusuna
minərək şəhər mərkəzindəki tədbir meydanına üz tutublar.
Yolda Davudoğlunu müşayiət edən avtomobil karvanında qəza baş
verib. Qəzada avtomobil karvanının rahat irəliləməsinə səy göstərən
yol polisinin maşınına arxadan gələn minibuslardan biri vurub.
Qəzada hər iki avtomobilə zərər dəysə də, xəsarət alan olmayıb