Moskvada kütləvi dava olub
7 Sentyabr 2014 12:08 (UTC+04:00)
Moskvanın dairəvi yolunun 14-cü km-də yerləşən "Sadovod" bazarı
yaxınlığında polis taksi sürücüləri arasında kütləvi davanın
qarşısını ala bilib.
Movqe.az-ın APA-a istinadən
verdiyi xəbərə görə, dava barədə məlumat polisə ötən gün Bakı vaxtı
ilə 20.46-da daxil olub. Hadisə yerinə yollanan bir neçə polis
naryadı kütləvi davanın qarşısını alıb. İnsident nəticəsində 4
nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. "Hadisə yerində polis
davanın 40-dək iştirakçısını saxlayıb", - deyə polisdən
bildirilib.
İlkin məlumata görə, taksi sürücüləri arasında toqquşma park
yerlərinə görə baş verib.
Polisdəki mənbənin məlumatına görə, davada iki etnik qrupun
"Sadovod" və "Ptiçiy" bazarları ətrafında taksi fəaliyyəti ilə
məşğul olan 100-dən çox nümayəndəsi iştirak edib. Məlumata görə,
dava zamanı tərəflər soyuq və travmatik silahdan istifadə ediblər.