Bakının sehrbaz polisi: belə tryuk gördünüz? - VİDEO

7 Sentyabr 2014 15:16 (UTC+04:00)
Yol polisi avtomobilinin qeyri-adi videosu yayılıb

Bakıda yol polisi avtomobilinin qeyri-adi videosu yayılıb. Movqe.az avtosfer.az-a istinadən bildirir ki, Neftçilər prospektində çəkilən videodan görünür ki, DYP avtomobili görüntünün məhdud olduğu yerdə gizlənib. Qəflətən hərəkətə başlayan avtomobil bir anda yük maşınının arxasında yoxa çıxır. Əslində, diqqətli oxucularımız DYP maşının necə yox olduğunu başa düşəcəklər. Hər halda, videonun maraqlı olduğunu nəzərə alıb təqdim edirik.