Bakıda "LEXUS" yandı

7 Sentyabr 2014 18:06 (UTC+04:00)

Bakıda avtomobilin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Movqe.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan qarajın içərisində quraşdırılmış elektirik lövhəsi və elektrik kabelləri 20 p.m yanıb. Yüksək temperaturdan qarajda olan "LEXUS" markalı minik avtomobilinin qabaq hissəsində plastmast hissələr və qarajın lambirdən ibarət tavan 8 kv.m sahədə deformasiyaya uğrayıb. Qarajın qalan hissəsi, avtomobil və bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb