“Qətliamın təqsirkarı Kofi Annandır”

13 İyul 2012 19:16 (UTC+04:00)

Movqe.azxəbər verir ki, Suriyalı Müsəlman Qardaşlar Hamanın Terymsi kəndində 200-dən çox şəxsin öldürüldüyü iddia edilən qırğından BMT və Ərəb Birliyi Suriya xüsusi nümayəndəsi Kofi Annanı məsul tutub. Suriya Ümumi İnqilab Şurası təhlükəsizlik qruplarının Tireymse diyarında ağır silahlarla reallaşdırdığı əməliyyatlarda 267-dən çox insanın öldürüldüyünü iddia edib. Şura ailələrin əkinçilik sahələrində və Asi Çayında ölənlərin cəsədlərini axtardıqlarını deyərək kəndin təhlükəsizlik qrupları tərəfindən əhatəyə alındığını, telefon və elektrik xətlərinin kəsildiyini irəli sürüb. Şura 300-dən çox yaralının olduğunu və təcili tibbi yardıma ehtiyaclarının olduğunu əlavə edib. Kənd məscidinə 150-dən çox cəsədin gətirildiyini iddia edən Şura ölü sayının arta biləcəyini bildirib.