Obama İŞİD-ə qarşı koalisiya yaradır

7 Sentyabr 2014 21:05 (UTC+04:00)

ABŞ prezidenti Barack Obama özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı geniş beynəlxalq koalisiya yaradacaqlarına və İŞİD-i məğlub edəcəklərinə əmindir.

Movqe.az publika.az-a istinadən xəbər verir ki  , o , bu barədə NATO-nun Uelsdə keçirilən sammitində danışıb. Obama bundan əvvəl NATO liderləri ilə İŞİD-in təhlükələrini müzakirə edib.

ABŞ prezidenti ölkəsinin öz məqsədinə nail olacağını və İŞİD-i dağıdacaqlarını deyib.

O, əlavə dib ki, İŞİD liderləri və digər ekstremistlər "əl-Qaidə" üzvləri kimi tapılacaq.

Obama ABŞ müttəfiqlərinin də koalisiyaya qoşulacağını bildirib.

ABŞ ötən ay İraqda İŞİD-ə 200 hava zərbəsi endirib.