“Azərbaycan millisi asan rəqib deyil”
7 Sentyabr 2014 14:07 (UTC+04:00)
Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov
"AÇ-2016"nın seçmə mərhələsi çərçivəsində milli komandamıza qarşı
keçirəcəkləri oyun öncəsi fikirlərini bildirib.
Movqe.az Qol.Az-a istinadən xəbər verir ki , o, yerli mətbuata
açıqlamasında Bolqarıstan millisinə inandığını və səfər matçının
onlar üçün çətin olmayacağını deyib:
"Düzdür, ciddi rəqiblə qarşılaşacağıq. Səfərdə hər iki komandanın
ifasında sərt oyun gözləyirik. Ancaq mən sakitəm. Əsas odur k,
futbolçularımız əlinə düşən qol imkanlarından yararlansın.
Komandamızın oyun stilini bəyənirəm. Səfərdə 10-12 minlik azarkeş
tutumu olan stadionda oynayacağıq. Rəqibin çox həvəsli azarkeşləri
var. Azərbaycan millisi asan rəqib deyil. Ancaq komandamızın yaxşı
nəticə qazanacağına inanıram".
Xatırladaq ki, Azərbaycan – Bolqarıstan ooyunu sentyabrın 9-da
keçiriləcək.