Bu günə olan hava proqnozu
8 Sentyabr 2014 10:57 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu gün Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı
gözlənilir. Temperaturun gecə 17-22° isti, gündüz 28-33° isti
olacağı ehtimalı var. Bakıda gecə 18-20° isti, gündüz 31-33° isti
olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi
rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba,
Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx,
Sahildə 26-27° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 16-21° isti, gündüz 32-37° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Hava gün ərzində əsasən yağmursuz olacaq. Temperaturun gecə 11-16°
isti, gündüz 18-23°, bəzi yerlərdə 26° isti olacağı ehtimalı
var.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 16-21° isti,
gündüz 28-33° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Gün ərzində hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 13-18°
isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
olacaq. Temperaturun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı
ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən
yağmursuz olacaq. Temperatur gecə 18-23° isti, gündüz 29-34° isti,
dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.