Sudan parlamenti Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb

8 Sentyabr 2014 12:49 (UTC+04:00)

Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb.


APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Onun sözlərinə görə, Sudan parlamenti BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin müddəaları ilə razı olduğunu bildirib, Ermənistanın Azərbaycana hərbi təcavüzünü qəti şəkildə pisləyib.

 

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Sudanın qanunverici orqanı Xocalı sakinlərinə hüquqi və mənəvi təzminat ödənilməsini də tələb edib.