Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

9 Sentyabr 2014 12:45 (UTC+04:00)

Əbülfəs Qarayev sentyabr ayının 10-da saat 11:00-da Qəbələdə qəbul keçirəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək. Movqe.az-ın məlumatına görə, nazir sentyabr ayının 10-da saat 11:00-da Qəbələ şəhərində Mədəniyyət Mərkəzində Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. 


Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. 


Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.


1. Qəbələ rayon mədəniyyət və turizm şöbəsi Nargilə Qafarova (0 2420) 5-09-82 (0 50) 677-84-10

2. Ağsu rayon mədəniyyət və turizm şöbəsi Cavanşir Şeydazadə (050) 377-44-21

(0 2022) 6-39-74

3. İsmayıllı rayon mədəniyyət və turizm şöbəsi Azər Abbasov (0 2028) 5-34-37 (0 50) 354-18-38

4. Qobustan rayon mədəniyyət və turizm şöbəsi Şəhriyar Soltan (0 2024) 5-00-08 (0 50) 207-00-37

5. Oğuz rayon mədəniyyət və turizm şöbəsi Ulduz Baxışova (0 2421) 5-24-06 (0 50) 547-18-14

6. Şamaxı rayon mədəniyyət və turizm şöbəsi

Məleykə Kamilova (0 2026) 5-31-48 (0 50) 523-42-23