Azərbaycanda zəlzələ

9 Sentyabr 2014 13:53 (UTC+04:00)

Maqnitudası 3.3 olan zəlzələ 55 km dərinlikdə olub

Bu gün Azərbaycanda zəlzələ baş verib. Seymoloji Xidmət Mərkəzindən anspress-ə verilən məlumata görə, yeraltı təkanlar bu gün saat 10:47-də qeydə alınıb. 


Təkanlar Qobudan 37 km şimal - qərbdə Xəzər dənizində baş verib. 


Maqnitudası 3.3 olan zəlzələ 55 km dərinlikdə olub. 


Qeyd edək ki, Xəzər dənizində son dəfə yeraltı təkanlar sentyabrın 2-də baş vermişdi. Avqust ayında isə iki dəfə dənizdə təkanlar qeydə alınıb.