Mursinin göz yaşları

14 İyul 2012 11:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Misir prezidenti Məhəmməd Mursinin Kəbədə göz yaşları ilə qıldığı səhər namazının görüntüləri ictimai paylaşım səhifələrində izləmə rekordu qırıb. Buradan Mədinəyə gedən Prezident Mursi içərisində Hz. Məhəmmədin Qəbr- şərifinin yerləşdiyi Məscid-i Nəbəvini ziyarət etdikdən sonra Səudiyyə Ərəbistanından ayrılıb.

Xatırladaq ki, Prezident vəzifəsinə gəldikdən sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistana edən Mursi ötəni gün Kral Abdullah ilə görüşmüşdü.