Sabah yağış yağacaq

9 Sentyabr 2014 15:50 (UTC+04:00)

Havanın temperaturu enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən anspress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır.


Azərbaycanın rayonlarında sentyabrın 10-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.