“Çölçü” filmi beynəlxalq kinoforumda

9 Sentyabr 2014 17:30 (UTC+04:00)

"Çölçü" filmi sentyabrın 21-dən 25-dək Moskvada keçiriləcək beynəlxalq kinoforumda Azərbaycanı təmsil edəcək.

Movqe.az APA-ya istinadən məlumat verir ki, builki kinoforum MDB və Baltikyanı ölkələrin kinematoqrafiyasına həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcü aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.