“Veysəloğlu”dan jurnalistlərə böyük jest

7 Sentyabr 2014 08:05 (UTC+04:00)

"Veysəloğlu" Şirkətlər Qrupu tərəfindən sentyabrın 5-6-da jurnalistlərin Qəbələ və Oğuz rayonlarına infoturu təşkil edilib. Movqe.az xəbər verir ki, müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 40-yə yaxın jurnalist əvvəlcə Qəbələ şəhərinin mərkəzindəki "Qafqaz Karvansaray Otel"də yerləşiblər. Səfərin ilk günü nahar fasiləsindən sonra şirkətin 20 illik fəaliyyəti ilə bağlı qısa video təqdimat keçirilib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə şirkət barədə jurnalitlərə ətraflı məlumat verdi. Təmsil etdiyi qurumun Azərbaycanda ən böyük distribütor şirkəti sayıldığını, dünyanın 100-dən artıq fabrik məhsullarının ölkəmizdə dağıtımı ilə məşğul olduğunu bildirdi. Mərasimdə şirkətin fəaliyyətini əks etdirən videoçarx izlənilib, jurnalistlərə hədiyyələr təqdim edildi. Mərasimin ardınca isə media təmsilçiləri Qəbələ şəhəri ərazisində gəzintiyə çıxıblar. Jurnalistlər gəzinti çərçivəsində "Tufandağ Qış-Yay Turizim Kompleksi" ilə yaxından tanış olublar. Səfərin ikinci günü isə media nümayəndələri Oğuz rayonunun "Xal-xal" meşəsində istirahətlərini davam etdiriblər. Günün sonunda infotur iştirakçıları Bakıya qayıdıblar.