Çingiz Qənizadə: "Gəlib fonoqram oxuyub, burcudub 5-10 min manat alıb gedirlər"

10 Sentyabr 2014 14:10 (UTC+04:00)
"Bu gün yas mərasimləri ilə yanaşı toylarda da qayda-qanun yaratmağa ehtiyac var. Musiqiçilərlə bağlı toylarda əməlli-başlı özbaşınalıqdır. Gəlib fonoqram oxuyub, burcudub 5-10 min manat alıb gedirlər. Mədəniyyət Nazirliyindən bu yaramazları çağırıb qayda-qanun yaratmalıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə söyləyib. Çingiz Qənizadə toylarda 500-800 nəfərlik məclislərin qurulmasını pisləyərək şadlıq evlərinin toy sahibinə menyu diktə etməsinə yol verilməməli olduğunu bildirib: "Şadlıq evlərində seçimi toy sahibi özü etməlidir. Müğənnilərin fonoqram oxuyub toy sahibindən bir ətək pul alıb getməsinin qarşısı alınmalıdır. Bunlar toy sahibindən 5-10 min manat alıb sonra bahalı maşınlarını, dəbdəbəli həyatlarını, yataq otaqlarını, şifonerlərinin ağzını açıb geyimlərini xalqa göstərirlər".