Cüdoçularımız 7 medal qazanıblar
14 İyul 2012 20:30 (UTC+04:00)
Azərbaycanın yeniyetmə cüdoçuları Yakutskda
keçirilən "Asiyanın uşaqları" V Beynəlxalq idman oyunlarında uğurlu
çıxış edərək ümumlikdə 7 medal ( 4 qızıl, 1 gümüş və 2 bürünc )
qazanıblar.
ANS PRESS-in məlumatına görə, bunlar beynəlxalq
turnirin qalibləri -55 kq çəki dərəcəsində Babazadə İlkin,-60 kq
çəki dərəcəsində Heydərov Hidayət,-73 kq çəki dərəcəsində Məmmədov
Şirxan və Həsənxanova Fəridədir.
Gümüş mükafatçı -40 kq çəki dərəcəsində Əliyeva
Leyla, bürünc mükafatçı -46 İsmayılov Sahil və Vəliyeva
Sevdadır.
Bu gün yarışın son günündə cüdoçularımızdan -81 kq
çəki dərəcəsində Coşqun Abdullayev tatami üzərinə çıxacaq.