İlham Əliyev İsrail müdafiə nazirini qəbul edib

10 Sentyabr 2014 15:55 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İsrail müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA – nın məlumatına görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, İsrail nümayəndə heyəti I Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün Bakıya gəlib.