"O qazanır, mən xərcləyirəm"
10 Sentyabr 2014 17:04 (UTC+04:00)
Rejissor Fuad Əlişovun həyat yoldaşı, aktrisa
Sevinc Əlişova "5/5" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa ailəsindən
bəhs edib. O, işləmədiyini, evdə yalnız həyat yoldaşının pul
qazandığını deyib:
"Bizim ailədə evin yükü kişinin üstündədir. O
qazanır, evi saxlayır. Mənsə xərcləyirəm, evə nəzarət edirəm.
Azərbaycan kişiləri son vaxtlar xanımlarının nazı ilə oynayırlar.
İmkanı olan uşağına dayə tutur, evinə köməkçi gətirir. Əvvəl belə
hallar yox idi. Qadınlar beş uşaq dünyaya gətirir, özləri
saxlayırdılar. Mən son vaxtlar çalışmıram. Uşaqlarım dünyaya
gədikdən sonra bu sahədən uzaqlaşdım. Bir ara sənətimə qayıtmaq
istəyirdim, amma gördüm ki, vaxt uyğun gəlmir. Bu günə kimi
evimizdə maddi problem olmayıb, İnşallah olmayacaq da. Biz hər
halımızda bir-birimizin yanındayıq".