Oksana finalın bir addımlığında- Dəstək olaq
10 Sentyabr 2014 17:20 (UTC+04:00)
Hazırda Hindistanın məşhur "İndias Best Cine
Star Ki Khoj" şousunda iştirak edən rəqqasə Oksana Rəsulova növbəti
mərhələyə adlayıb.
Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl
sevənlərinə ona səs vermələri üçün müraciət edən sənətçi finala iki
həftə qaldığını bildirmişdi.
O artıq münsiflərin rəyinin olmadığını,
iştirakçıların yalnız səsvermə nəticəsində seçildiklərini
vurğulayıb.
Bu həftə də yarışmada qalan rəqqasə hər kəsə
təşəkkür edib:
"Hamınızın şərhlərini oxuyuram. Amma bir-bir sizə
cavab yaza bilmirəm. Hamınıza minnətdaram. Azərbaycanlı olduğum
üçün çox şanslıyam. Mənə bu qədər dəstək verən dostlar sağ olsun.
Növbəti həftə məni mütləq izləyin. Ürəyimcə istədiyim bir səhnəni
canlandırdım. Nə olduğunu demirəm,
sürprizdir".
Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı
olan "ZEE TV"də hər həftənin şənbə və bazar günü yayımlanır.