Leqodan hazırlanmış körpü - FOTOLAR

14 İyul 2012 12:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniyanın Vuppertal şəhərindəki bu dəmiryolu körpüsü görənləri heyrətləndirir. Uşaq vaxtı hər kəsin oynadığı leqolarda hazırlanmış bu körpü küçə sənətçisi "Megx" tərəfindən rənglənib. Dəmiryolu körpüsü Düseldorf və Dortmundu bir-birinə bağlayan xətt üzərində yerləşir. Meqksin istifadə etdiyi rənglər və ortaya çıxardığı əsər elə həqiqi görsənir ki, ilk baxışda körpü təkçə leqodan hazırlanmış kimi görünür. Beləliklə, nəqliyyatda böhrana düşən sürücülər üçün xoş  an yaradılır.