Məzar daşları necə olmalıdır?-Deputatlardan-SORĞU

10 Sentyabr 2014 18:13 (UTC+04:00)

Elə bir zə­ma­nə­yə gə­lib çıx­mı­şıq ki, in­di eşi­dən­lə­rin üzün­dən iraq, bir ai­lə­də və­fat elə­yən olan­da mər­hu­mun ya­xın­la­rı bu it­ki­nin acı­sı­nı ya­şa­ma­ğa ma­cal tap­ma­mış, işin mad­di tə­rə­fi­ni dü­şün­mək məc­bu­riy­yə­tin­də qa­lır. Çün­ki tə­bi­ri ca­iz­sə, in­di ölən­lər qa­lan­la­rı əməl­li-baş­lı xər­cə sa­lır. Qə­bi­ris­tan­lıq­da yer al­maq, qə­bir qaz­dır­maq, məs­ci­də apa­rıb, kə­fən-də­fn elə­mək, bir söz­lə mər­hu­mun qar­şı­sın­da son borc­la­rı­nı ödə­mək üçün ölə­nin ya­xın­la­rı­nın əlin­də-ov­cun­da xey­li nağd pul ol­ma­lı­dır. Am­ma ölə­nin məs­rəf­lə­ri bu­nun­la da bit­mir. Mü­səl­man qay­da­sı ilə 40-gün­lük yas mə­ra­si­mi­ni ne­cə de­yər­lər, ur­vat­lı yo­la ver­mək üçün də xey­li pul xərc­lən­mə­li­dir. Son günlər yas mərasimlərində ehsan verməyə qoyulan qadağalar ölü sahiblərini bu qayğıdan azad etsə də, ən azın­dan qə­bi­ris­tan­lıq­da bir ne­çə kvad­rat­metr yer alıb, mər­hu­mu tor­pa­ğa tap­şır­maq onun ya­xın­la­rı­nın üzə­ri­nə dü­şən əsas və­zi­fə sa­yı­lır. Amma iş orasındadır ki, bu da mərhumun yaxınlarının üzərinə düşən son vəzifə deyil. Ölü sahibi həm də mərhuma olan son borcundan çıxmaq üçün onun məzarına "baş daşı" da qoydurmalıdır ki, bu da məhrumun yaxınlarına elə də ucuz başa gəlmir. Azərbaycanda məzar daşlarının qiymətlərinin istifadə edilən daşın növünə və formasına görə dəyişdiyini nəzərə alsaq bu qiymət fərqli ola bilər. Hələki Azərbaycanda məzar daşlarının bahalısı qara mərmər sayılır ki, maddi imkanına görə seçilən şəxslər yaxınlarının məzar daşını məhz qara mərmərdən sifariş verir. Amma son günlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məzar daşlarında da dəbdəbənin israfçılığın qarşısını almaqla bağlı təklif veriblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu söyləyib: "Bütün bunlar hamısı qanunla tənzimlənən məsələdir. İstənilən sivil ölkədə qəbiristanlıqlarla bağlı məsələlər qanunla tənzimlənir. Məsələn, qəbirlər necə olmalıdır, qəbirlərin düzülüşü, bir qəbir digərindən kəskin fərqlənməməlidir və sair. Bizdə də belə bir qanun layihəsi üzərində iş gedir. Təbii ki, qanun layihəsi cəmiyyətin ümumi müzakirəsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirədən keçməlidir. Bundan sonra qəbiristanlıq haqqında qanun qəbul olunarsa, onun adı müxtəlif cür ola bilər. Hüquqşünaslar, ictimaiyyət nümayəndələri də öz fikirlərini deyə bilər. Bu qanun qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin heç bir qanunun geriyə tətbiqi olmadığına görə, söhbət növbəti mərhələlərdən gedə bilər. Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ehtiyac var. Bu təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələsi deyil. Bu bütövlükdə ictimaiyyətin, medianın geniş müzakirə mövzusudur. Dini Komitə isə bu qanun layihəsinin hazırlanıb müzakirəyə təqdim edə bilər. Mən əminəm ki, Milli Məclisdə deputatlar buna dəstək verəcəklər. Keçmiş həmkarlarımın böyük əksəriyyəti bizə böyük dəstək verirlər bu məsələlərdə. Bu dəstəyə görə onların hamısına təşəkkür edirəm".  

Movqe.az dəbdəbəli məzar daşları ilə bağlı millət vəkillərinin də fikrini öyrənib. Millət vəkili Musa Quliyev Movqe.az-a açıqlamasında bu təklifi dəstəklədiyini söyləyib: "Mən hesab edirəm ki, Dəfn işi və qəbiristanlıqlar haqqında" qanunun qəbuluna ehtiyac var. Bu qanun layihəsinin hazırlanmasında Rusiya və Türkiyə təcrübəsindən yararlanmaq olar. İnsan dünyasını dəyişdikdən sonra onu məzarlıqda belə fərqləndirmək əslində çox ağılsız bir fikirdir. Əslində məzar daşı bir nişanədir. Onu dəbdəbəli hazırlatdırmaq, bahalı daşdan sifariş verməyin nə mərhuma nə dəki onun yaxınına heç bir xeyiri yoxdur. Ölünün üstündə movzoley tikmək, sərdabə ucaltmaq artıq xərcdir. Ona görə də, bu məsələ qanunla tənzimlənsə yaxşı olar".

M. Quliyev deyir ki, bu məsələdə icra başçıları, millət vəkilləri digər insanlara nümunə olmalı, yaxınlarının məzar daşlarını bahalı, dəbdəbəli yox, sadə etməlidirlər.

Millət vəkili özəl qəbiristanlıqların yaradılmasını da müsbət sayır: "Elə insanlar var ki, ölüsünün üstündə imarət də ucaltsa ürəyi soymur. Belələri istəyirsə rəhmətə gedən yaxınlarını özəl qəbiristanlıqlarda dəfn edə, hətta məzarına mühafizəçi də qoya bilərlər. Amma bunu hamı üçün nəzərdə tutulmuş qəbiristanlıqlarda edib orda da ayrıseçkilik etmək olmaz".

Millət vəkili Çingiz Qənizadə isə deyir ki, yaxınlarının məzarını bahalı, dəbdəbəli məzar daşlarından götürənlər şöhrətpərəst insanlardır: " Çox təəssüf ki, əksər insanlar hələ də, bunun ölüyə heç bir xeyirinin olmadığını anlamırlar. Qəbiristanlıqda belə seçilmək istəyi insanları rahat buraxmır. Bəzi imkansız insanlar isə onlara baxıb iki-üç dana satıb yaxınlarına bahalı məzar daşı qoydururlar. Mənim fikrimcə, yas mərasimlərinin tənzimlənməsi siyasi bir addımdır. Artıq icra başçılarına da bu barədə tapşıqırların verilməsi bunu bir daha təsdiqləyir. Təəssüf ki, bəziləri hələ də ehsan qadağasını pozaraq bu işin nizama salınmasını pozmaq istəyirlər. Məzar daşları məsələsinin də tənzimlənməsinə ehtiyac var. İnsanın dünyasını dəyişdikdən sonra məzarına bahalı, yaxud ucuz daş qoyulmasının heç bir mənası yoxdur. Əsas odur ki, ölənin xatirəsi əziz tutulmalıdır. İmkanı olanlar bir ətək pulu məzar daşına xərcləməkdənsə, dünyasını dəyişən yaxınlarının xatirəsinə bir bulaq çəksə daha savab olar".