Balakəndə maşın atlı uşağı vurdu

10 Sentyabr 2014 18:30 (UTC+04:00)

Balakəndə avtomobil atı vurması nəticəsindıə 11 yaşlı uşaq ağır xəsarət alıb. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb.


Hadisə zamanı 24 yaşlı Teymur Məmmədteyev idarə etdiyi "VAZ-2107" markalı avtomabillə hərəkətdə olarkən yolun kənar hissəsində gedən atı vurub.


Nəticədə evə gedən 11 yaşlı Mahmud Novruzov atın belindən yerə çırpılaraq, ağır bədən xəsarətləri alıb. 11 yaşlı yaralı rayon xəstəxanasına çatdırılıb. Dərhal onun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb.


Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən Mahmud Novruzovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.