“Heç nədən qorxmuram” - əməkdar artist

10 Sentyabr 2014 19:13 (UTC+04:00)
Əməkdar artist Nüşabə Ələsgərli fobiyası olmadığını deyib. 

Axşam.az-ın məlumatına görə, müğənni yeganə qorxusunun əzizlərini itirmək olduğunu bildirib: 

"Heç nədən qorxmuram, fobiyam da yoxdur. Əvvəl bəzi fobiyalarım var idi. İnsan qorxusunun üstünə gedib ona öyrəşməlidir. Mən də bu cür edirdim. Hündürlüyə çıxa bilmirdim. Sonra başladım tez-tez hündür yerə çıxmağa, beləcə fobiyamdan xilas oldum. Bir də təyyarədə qorxurdum. Hərdən boşluğa düşəndə yanımda oturanın əllərini sıxırdım. İndi də hərdən o cür edirəm. Mən təyyarəyə minəndən düşənə qədər ancaq dualar oxuyuram".