Alim dünyanın sonu haqda danışdı

11 Sentyabr 2014 08:37 (UTC+04:00)

Müasir dövrün ən məşhur alimlərindən biri Stiven Hokinq bəyan edib ki, 2012-ci ildə alimlər tərəfindən aşkar edilmiş Hiqqs bozonu fəza-vaxt əlaqələrinin pozulmasına gətirib çıxara bilər. Bu isə, öz növbəsində, Kainatın məhvi demək olacaq.

Hokinq xəbərdarlıq edib ki, yüksək qarşılıqlı enerji fəaliyyəti zamanı Hiqqs bozonu fəzanın özünün və vaxtın iflasına səbəb ola bilər, özü də bu təzahür yaxın zamanlarda baş verə bilər. Alim güman edir ki, "Tanrı hissəcikləri"nin hədsiz dərəcədə qeyri-stabil vəziyyətə düşməsi vakuumun parçalanmasına gətirib çıxaracaq. Dünya şöhrətli tədqiqatçının sözlərinə görə, bu hissəciklərin sürətlənməsi, təqribi olaraq, bizim dünyanın yerləşdiyi yanlış vakuum və daha az enerjidən ibarət olan həqiqi vakuum arasındakı əlaqəni sındıracaq. Bu, bir anda baş verə bilər. Stiven Hokinq bu fikirləri özünün yeni kitabının müqəddiməsində bildirib. Hiqqs bozonu elementar hissəcikdir. Fiziklər onu bir neçə on il ərzində aşkar etməyi arzulayıblar, çünki məhz o- cəmi bir hissəcik Standart modelin- ətraf mühitin və onun materiyasının strukturunu kifayət qədər düzgün izah edən nəzəriyyənin qəti qələbəsini təmin etmək üçün çatışmayıb. Bu nəzəriyyəyə əsasən, məhz "Tanrı hissəciyi" Kainatda maddəyə kütlə verir, yəni bütün başqa hissəcikləri "çəki" ilə təmin edir.Hiqqs bozonunu aşkar etmək üçün dairəvi sürətləndirici- Böyük Adron Kollayderi (BAK) inşa edilib. "Tanrı hissəciyi"ni bir-birinə qarşı, demək olar ki, işıq sürətilə hərəkət edən protonları itələmək və darmadağın etməklə axtarıblar. Bununla da kvantları elə həmin Hiqqs bozonları olan Hiqqs sahəsini sarsıdıb və nəhayət, onların hamısını "çırparaq" sona çatdırıblar. Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) alimləri sensasiyalı kəşf haqqında 2012-ci il iyulun 4-də açıqlama veriblər. Və Hiqqsi- hələ 1964-cü ildə sonralar onun adı verilmiş bozonun mövcudluğu barədə qabaqcadan məlumat verən Piter Hiqqsin özünü oraya dəvət ediblər.

Maraqlıdır, lakin Stiven Hokinq inanmırdı ki, Hiqqs bozonu aşkar ediləcək- ən azı, BAK-da keçirilən eksperiment zamanı. Və hətta 100 dollardan mərc də gəlib. Amma uduzub. Və budur, indi bozondan özünün nəzəri fantaziyalarında istifadə edir.Yeri gəlmişkən, hələ Hiqqs bozonu aşkar edilənə qədər BAK-da keçirilən eksperimentlər qorxu yaradırdı. Çox nüfuzlu bəzi fiziklər xəbərdarlıq edirdilər ki, protonların toqquşması prosesində çox kiçik "qara deşik" əmələ gələcək. O, ətrafdakı maddələri udaraq böyüməyə başlayacaq və nəticədə təkcə kollayderi və Yeri yox, Günəşlə birlikdə bütün Günəş sistemini udacaq.Amma bu, baş vermədi.Əvvəllər başqa hissəciklərə kütlə verən Hiqqs bozonunun mövcudluğu məlum olmayan vaxtlar Kainatın gələcəyi məlum deyildi. Indi isə dəqiq məlumdur: o, öz mövcudluğunu dayandıracaq. Hətta "Həqiqi vakuum"a düşməsə belə.Kainat məhv olacaq. Bunu alimlər Hiqqs bozonunun kütləsini müəyyən etdikdən sonra apardıqları hesablamalar nəticəsində müəyyən ediblər. Eksperimentlərin nəticələrinə görə, bu, 126 qiqaelktronvolt təşkil edir. Kainatın genişlənməsini təsvir edən nəzəriyyəçilər məhz bu rəqəmdən öz düsturlarında istifadə ediblər. Hiqqs bozonunun mövcudluğuna əsaslanan dünyanın sonu ssenarisini amerikalı fizik- nəzəriyyəçi Cozef Likken təsvir edib.

Likkenin hesablamalarından belə çıxır ki, Kainat qeyri-stabildir. Və hansısa təsadüfi hadisə nəticəsində məhv ola bilər. Bu cür hadisə isə, sürətlə şişərək indiki dünyanı məhv edə biləcək yeni Kainatı yaradan "qovuq" ola bilər. Bu isə yaxın zamanlarda baş verməyəcək."Bizim hesablamalarımız bildirir ki, bu məqamdan başlayaraq, bir neçə on milyard ildən sonra Kainatda qarşısı alınmayan fəlakət baş verəcək"- Likken bildirib. Və vurğulayıb: "Əgər Hiqqs bozonu kütləsi müəyyən edilmiş kütlədən cəmi bir neçə faiz fərqlənsə idi, Kainat məhvə məhkum olmazdı".Beləliklə, 2014-cü ildə Kainatın yaşının 13,7 milyard olduğunu nəzərə alaraq onun məhv olacağı tarixi müəyyən etmək olar. Likkenin buraxdığı 10 milyard ili də bunun üstünə gəlsək, 23,7 milyard il alarıq. Bu vaxta kimi Yer kürəsi artıq mövcud olmayacaq. Indiki məqamdan 4,5 milyard il sonra onu şişmiş Günəş udacaq. Bu zaman insanların həyatının necə olacağını təsəvvürə gətirmək çətindir. İnsanların başqa ulduz sisteminə keçməsinə inanmaq istərdik.