Aparıcı ana övladına: "Səni heç vaxt heç kim əvəz etməyəcək, buna əmin ol"

11 Sentyabr 2014 11:14 (UTC+04:00)

"Space" telekanalında yayımlanan "Günaydın" verlişinin aparıcısı Vüsalə Kərimovanın oğlu Ayxanın bu gün 14 yaşı tamam olur. Tele aparıcı oğlunu sosial şəbəkə vasitəsilə də təbrik edib. Mövqe.az aparıcının 14 yaşlı Ayxana üvanladığı təbriki sizə təqdim edir:


"Mənim dəyərlim Ayxan Bayramov! Bu gün sənin günün, bu gün ikimizin günü... Həyatdakı tək varlığım, mənim olan yaşama səbəbim, gerçəkdən hər şeyim... Nə yaxşı ki,  varsan, nə yaxşı ki, mənimsən. 14 ildir bir nəfəs alırıq. Ömrüm yetdiyi qədər də, ürəyim sənin adınla döyünəcək. Sən mənim olmazsa olmazımsan. Doğum günün mübarək gözəl balam. Hər şeyin ən gözəli qismətin olsun. Sən mənim qürurumsan, səni heç vaxt heç kim əvəz etməyəcək, buna əmin ol".