Dünyaya şad xəbər: Ozon dəliyi bağlanır

11 Sentyabr 2014 11:55 (UTC+04:00)

Ümumdünya Meteologiya Təşkilatı  günəşin zərərli şüalarından yer kürəsini qoruyan atmosferdəki ozon miqdarının son illərdə artım göstərdiyini və ozon dəliyinin bağlanmaqda olduğunu bildirib. 


ÜMT Elmi Araşdırma Vahidi nümayəndəsi Geir Braathen, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında, atmosferdəki ozon miqdarı dəyişikliyi ilə bağlı hesabatını açıqlayıb. 


Movqe.Az xəbər verir ki, atmosferdəki ozon miqdarını azaldan maddələrin yavaş-yavaş istifadədən qaldırılmasını məqsəd qoyan 1987-ci il tarixli Montreal Protokolunun uğur təmin etdiyinə işarə edən Braathen, ÜMT'-ın ozon mövzusunda 4 il əvvəl etdiyi son araşdırmadan bu günə qədər çox yaxşı bir inkişaf qeydə alındığını söyləyib. 


Yerdən 40 kilometr yüksəyə çıxıldıqda, ozon miqdarında reallaşan artımın dəqiq bir şəkildə görülə bildiyinə işarə edən Braathen, 2050-ci ilə qədər ozon dəliyinin bağlana biləcəyini  qeyd edib.