Buzovna sakinini elektrik vurdu

11 Sentyabr 2014 15:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.


Belə ki, dünən Buzovna qəsəbə sakini Nizami Məmmədov evində elektrik cərəyanı vurub.


Hadisə nəticəsində N.Məmmədov ağır yaralanıb. Həkimlər onun həyatını xilas edə bilməyib.


Faktla bağlı araşdırma aparılır.