Bakıda intihara cəhd edən şəxs xilas edilib

11 Sentyabr 2014 19:30 (UTC+04:00)

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.

 

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və binanın damından enib.