Cəbhə xəttində atəşkəs yenidən pozulub

12 Sentyabr 2014 10:35 (UTC+04:00)

Ermənilər Goranboy, Xocavənd istiqamətində atəşkəsi pozublar

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.