Bakıda maşınqayırma zavodunda güclü yanğın olub

14 İyul 2012 16:02 (UTC+04:00)
Movqe.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakıda maşınqayırma zavodunda güclü yanğın olub. Bakı şəhəri, Xətai rayonunda Bakı maşınqayırma zavodunun ərazisində 5000 kv.m sahədə qamışlıq və quru ot yanıb. Ərazidəki obyektlər və yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.